image-222backend

Avropa İttifaqı Gürcüstanı hədələdi

image-reklam_sirab_01

Avropa İttifaqı Gürcüstanın Rusiya aviasiya sektoruna qarşı Avropa sanksiyalarına qoşulmamasına münasibət bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə “İnterfaks” Aİ diplomatiyasının rəhbəri Xosep Borelin rəsmi nümayəndəsi Piter Stanoya istinadən xəbər verir.

“Gürcüstan hökumətinin qərarı Aİ-nin xarici siyasət sahəsində apardığı qərarlara əməl olunması baxımından Avropa İttifaqına daxil olmaq yolunda narahatlıq yaradır”, – o, brifinqdə deyib.

Gürcüstan Aİ-nin xarici siyasət və təhlükəsizliklə bağlı qərarlarının təqribən 40 faizinə əməl edib, Stanoya görə, bu, kifayət deyil. Bu il isə bu rəqəm 31 faiz olub.

“Biz buna görə üzr istəyirik”, o əlavə edib.

Borelin rəsmi nümayəndəsinin sözlərinə görə, bu həftə BMT-nin ixtisaslaşmış qurumu – Beynəlxalq Mülki Aviasiya Təşkilatı Rusiya aviasiya sektoru və Rusiya təyyarələrinin təhlükəsizliyi mövzusunu müzakirə etmək üçün Gürcüstan hakimiyyəti ilə əlaqə saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki