image-reklam-veteninfo
image-resize-1backend

Avropa İttifaqı nəyə görəsə minaları Ermənistanda axtarır

image-reklam-veteninfo

Avropa İttifaqı Ermənistana məsafədən idarə olunan minatəmizləmə maşını hədiyyə edib.

Bu nəqliyyat vasitələri həmçinin Ermənistan və Azərbaycan arasında demarkasiya prosesində də istifadə olunacaq.

Bu arada Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin işi ilə tanış olmaq üçün Tavuş bölgəsinə səfər edib.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan ərazisində baş verib və ölkə ərazisi erməni işğalçıları tərəfindən 1 milyon mina ilə çirkləndirilib. Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki