Vətəninfo.az xəbər verir ki,Avropa İttifaqının (Aİ) beynəlxalq sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırladıqlarını açıqlayıb. O’Sullivan, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 4-cü dəfə Qazaxıstana səfər edib. O, Astanada keçirdiyi görüşlərdən sonra mətbuat konfransı təşkil edib.
O’Sullivan Qazaxıstan səlahiyyətliləri ilə əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirərək “Avropa İttifaqı Qazaxıstanın Rusiya Federasiyası ilə qanuni ticarət əlaqələrinə müdaxilə etmək və ya onlara hər hansı bir şəkildə mane olmaq niyyətində deyil” deyib.
Bəzi iş dünyası nümayəndələrinin Qazaxıstanı sanksiyalardan yan keçmək üçün platforma kimi istifadə etməsindən narahat olduğunu ifadə edən O’Sullivan deyib: “Avropa İttifaqı və G7 ölkələrində istehsal edilən və sanksiyalar siyahısına daxil edilən məhsulların Rusiyaya ixracından danışırıq. Bu baxımdan Qazaxıstan rəsmiləri ilə əməkdaşlıq edirik”.