Avropa İttifaqı (Aİ) nüvə enerjisini Rusiyaya qarşı sanksiyaların 11-ci paketinə daxil etməkdən imtina edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto bildirib.
“Çərşənbə günü Brüsseldə 11-ci sanksiyalar paketi üzrə danışıqlar başlayıb. Avropa Komissiyasının bu paketlə bağlı təklifində nüvə sənayesi ilə bağlı sanksiyalar yoxdur”, – deyən xarici işlər naziri Budapeştin belə tədbirləri dəstəkləməyəcəyini qeyd edib.