Ukrayna yalnız 2030-cu ildə Avropa Birliyinə üzv ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.
Mişel “Spiegel” jurnalına deyib: “Hər iki tərəf öz tapşırıqlarını yerinə yetirsə, Ukrayna 2030-cu ildə Aİ-yə üzv ola bilər”.
Onun sözlərinə görə, Kiyev ölkə daxilində islahatlar aparmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdır. Mişel qeyd edib ki, alyansa daxil olmağa hazırlıq prosesi həm Aİ ölkələri, həm də namizədlər üçün asan olmayacaq.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağı planlaşdırır. Rəsmi açıqlama dekabrda gözlənilir.
Eyni zamanda, Avropa Parlamentinin üzvü İvan Sinçiç Kiyevin assosiasiyaya qoşulması ilə bağlı kifayət qədər sərt fikirlər səsləndirib. O hesab edir ki, Ukrayna xüsusi hərbi əməliyyat başa çatana qədər Aİ-yə üzv olmayacaq və ya ümumiyyətlə üzv olmayacaq.