Vətəninfo.az NBC-ə istinadən xəbər verir ki, Avropa və bir sıra digər ölkələr artıq ABŞ-ın onlar üçün etibarlı tərəfdaş olacağına inana bilmir. Məlumata görə, ABŞ-ın hazırkı prezidenti Donald Trampın siyasəti Amerika siyasətini kökündən dəyişib və bu, hər kəs tərəfindən başa düşülən hesab olunur. BMT Təhlükəsizlik Şurası Amerikanın Ukrayna ilə bağlı qətnaməsini qəbul etdikdən sonra, həmçinin Tramp NATO-dakı bir sıra müttəfiqlərinə yüksək tariflər tətbiq edəcəyini bəyan etdikdən sonra və o, yenidən ABŞ-ın Qrenlandiyanı əldə etmək istəyindən danışmağa başlayanda avropalılar və bir sıra digər ölkələr ABŞ-ın artıq etibarlı müttəfiq sayıla bilməyəcəyi yeni reallığa uyğunlaşmağa başladılar.