Vətəninfo.az xəbər verir ki, dünən Avropa Parlamenti qətnamə qəbul etməklə İranda insan haqlarının sistematik şəkildə pozulmasını, o cümlədən iki siyasi məhbus Pəxşan Əzizi və Vərişe Muradinin edam hökmünü və İslam Respublikasının girov götürmə siyasətini pisləyib.
Məlumata görə, qətnamə 556 lehinə, 6 əleyhinə səslə təsdiblərib. Avropa Parlamentinin 42 üzvü isə bitərəf qalıb.
Qətnamədə İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən edam hökmünün çıxarılmasına kəskin etiraz edilib və İranda ölüm cəzasının tətbiqinin dərhal dayandırılması və ləğvi tələb olunub.