image-image_750x_6470e313bcaedbackend

AVROPA PARLAMENTİNDƏ QALMAQAL

image-reklam_sirab_01

Macarıstanın Aİ qanunvericiliyini çoxsaylı pozuntuları ölkənin 2024-cü ildə Aİ-yə sədrliyini qəbuledilməz edir.

Vətəninfo.az xəbər verir ki, Euractiv yazır ki, Avropa Parlamentinin deputatları gələn həftə belə bir qətnamə qəbul etməyi planlaşdırırlar.

Dövri nəşrin məlumatına görə, qətnamə layihəsi Avropa Parlamentinin əsas partiyaları tərəfindən dəstəklənib.

Tənqidlərə cavab olaraq Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs Avropa Parlamentinin üzvlərini ittiham edərək bildirib ki, “Onlar Macarıstanın sülhməramlı mövqeyini bəyənmirlər və Budapeşti münaqişəyə cəlb etməyə çalışırlar”.

Kovacs Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Macarıstanın mövqeyini nəzərdə tuturdu ki, bu da Budapeştin Rusiyaya qarşı sanksiyaları tez-tez gecikdirməsinə səbəb olub.

Qətnamədə həmçinin Viktor Orban hökuməti “sistemli korrupsiyada” ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki