Vətəninfo.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron dünya nizamının “natamam və ədalətsiz” olduğunu bəyan edərək yenisinin qurulmasına çağırıb.
Paytaxt Parisdə Sant-Eqidio katolik icmasının təşkil etdiyi “Sülh üçün görüş”də çıxış edən E.Makron deyib: “Rusiya-Ukrayna müharibəsindən sonra Fransa Rusiya ilə münasibətlərinə yenidən baxmalı və Avropa İttifaqından fərqli yeni Avropa təşkilatı haqqında düşünməlidir. Bu kontekstdə coğrafi quruluş nəzərə alınaraq Avropanın tam olaraq Avropa İttifaqı və qəti şəkildə NATO olmaması nəzərə alınmalıdır.
Mütləq yeni beynəlxalq nizam qurulmalıdır. Beynəlxalq sistem natamam və ədalətsizdir. Bir çox ölkə nümayəndələri kifayət qədər təmsil oluna bilmir. Başqa ölkələrin qarşısını kəsə bilməyən, lazımi şəkildə təmsilin təşkil olunduğu və Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan da adil qurumlara ehtiyac vardır”.