image-reklam-veteninfo
image-1backend

Avropa və  ABŞ-dən  Beyrut və  Təl-Əvivə uçuşlar ləğv edildi 

image-reklam-veteninfo

Vətəninfo.az BBC-yə istinadən  xəbər verib ki, Hizbullah və İsrail arasında birbaşa və genişmiqyaslı müharibənin başlamasına görə artan gərginlik və narahatlıqlara reaksiya olaraq, aviaşirkətlər Livan və İsrailə uçuşları müvəqqəti olaraq dayandırıb.
Məlumata görə, Amerika hava yollarından “United” və “Delta”, “British Airways” ilə birlikdə Təl-Əvivə uçuşları iyulun 30-dan etibarən ləğv edilib.
Bildirilib ki, Yunanıstanın “Aegean Airlines” və Almaniyanın “Condor” aviaşirkətləri dünəndən Beyruta və eyni zamanda Beyrutdan uçuşları dayandırıb.
Qeyd olunub ki, “Lufthansa” və “Air France” isə iyulun 29-dan Beyruta uçuşları ləğv edib və uçuşların ən azı yaxın bir neçə gün ərzində bərpa olunmayacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki