image-reklam-veteninfo
image-images-1backend

Avropada qaz böhranı dərinləşir: Qiymətlər 140% artıb, Brüssel Rusiyaya “sıfır” deyir

image-reklam-veteninfo

Avropa İttifaqında qaz qiymətləri ilin əvvəlindən etibarən 140 faiz artıb. Buna baxmayaraq, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.

Vətəninfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin iclasında çıxışı zamanı bildirib.

Von der Leyen qeyd edib ki, fevral ayından etibarən Aİ-də qazın qiyməti 140 faiz yüksəlib. Onun sözlərinə görə, Aİ ölkələri 2026-cı ilin əvvəlindən qaz idxalına 2025-ci ilin eyni dövrü ilə müqayisədə 100 milyard avro daha çox vəsait xərcləyib.

Avropa Komissiyasının rəhbəri bununla yanaşı, Aİ-nin əvvəlki dövrlə müqayisədə əlavə qaz həcmi idxal etmədiyini vurğulayıb.

Von der Leyen bildirib ki, Ukraynada müharibədən əvvəl Aİ-nin qaz idxalında Rusiyanın payı 45 faiz olub. Hazırda isə bu göstərici 12 faizə qədər azalıb.

“Gələn ilin sonuna qədər bunu sıfıra endirəcəyik”, – deyə Avropa Komissiyasının prezidenti bildirib.

O, Aİ ölkələrini yaşıl enerji və nüvə enerjisinə investisiyaları artırmağa, eyni zamanda Rusiyadan qaz asılılığını tamamilə aradan qaldırmağa çağırıb.

Brüssel qaz alışını da mərkəzləşdirmək istəyir
Von der Leyenin çıxışında diqqət çəkən digər məqam Aİ-nin qaz idxalının idarə olunması ilə bağlı təklif olub.

Avropa Komissiyasının prezidenti Aİ ölkələrinin qaz tələbatının birləşdirilməsini və ümumi qaz alışlarının vahid Avropa operatoru tərəfindən həyata keçirilməsini təklif edib.

“Biz qaz tələbatını birləşdirməli və bütün ümumi alışları idarə etmək üçün vahid bazar operatoruna səlahiyyət verməliyik”, – deyə o bildirib.

Beləliklə, Brüsselin planı yalnız Rusiyadan qaz idxalını azaltmaqla məhdudlaşmır. Aİ həmçinin qazın alınması və idxalı prosesinə daha mərkəzləşdirilmiş nəzarət mexanizmi yaratmağa çalışır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki