image-1backend

Avstraliyada quşlarla toqquşan təyyarə təcili eniş edib

image-reklam_sirab_01

Avstraliyanın ən böyük aviaşirkəti “Qantas”ın Sidneydən Oklendə (Yeni Zelandiya) uçan təyyarəsi quşun mühərrikə girməsi səbəbindən Sidney hava limanında məcburi eniş edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.

Məlumatına görə, insident təyyarə Sidney hava limanından havaya qalxdıqdan bir saat sonra baş verib.

Aviaşirkətin yaydığı ilkin məlumatlara görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi İdarəsi hadisənin səbəblərini araşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki