image-1backend

Avstraliyada yeniyetmələrin sosial mediaya girişi qadağan edildi

image-reklam_sirab_01

Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası hökumətin 16 yaşına çatmamış şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsi ilə bağlı təklif etdiyi qanun layihəsini təsdiqləyib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qanun layihəsi üzrə səsvermə Google və Meta-nın onun təxirə salınması tələblərinə baxmayaraq baş tutub.

115 deputatdan 102-si qanun layihəsini təsdiqləyib. Hökumətin təklifinin əleyhinə səs verən 13 parlamentari arasında yaşıllar və bir sıra müstəqil deputatlar da var. Yaxın bir neçə gün ərzində qanun layihəsi senatorların əksəriyyətinin təsdiqini alacağı ehtimal edilən yuxarı palataya təqdim olunacaq.

Qanun layihəsini parlamentarilərə şəxsən təqdim edən Avstraliyanın baş naziri Entoni Albanese həftənin sonuna qədər “şərtsiz təsdiq” gözlədiyini bildirib.

Avstraliya hökuməti tərəfindən təklif olunan qanun layihəsi 16 yaşdan kiçik uşaqların Snapchat, TikTok, Instagram, X və sair kimi sosial media saytlarından istifadəsini qeyri-qanuni edəcək. 

Avstraliya qadağanı həyata keçirmək üçün biometrik və ya digər identifikasiyanı daxil edə biləcək yaş yoxlama sistemini planlaşdırır. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki