image-1backend

Azad Suriya ordusu bu şəhəri tutdu 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,Suriyada Bəşər Əsəd hökumətinə qarşı silahlı qruplar Həma şəhər mərkəzinin kənarına məhəllələrinə girməyə başlayıb.

Noyabrın 27-dən Əsəd hökuməti qüvvələri ilə qarşıdurmada olan Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi rejim əleyhdarı qruplar Həma əyaləti istiqamətində irəliləyir.

Hökumət əleyhdarı silahlı qruplar şəhər mərkəzinin şərqindəki Mezarib, Sanayi və Ərbəin məhəllələrinə girməyə başlayıb.

Şiddətli toqquşmalar davam edərkən, Rusiya döyüş təyyarələri Suriya hökuməti qüvvələrinə dəstək verir.

Noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd hökuməti qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib.

Noyabrın 28-də Hələbin mərkəzinə doğru sürətlə irəliləyən hökumət əleyhdarı silahlı qruplar noyabrın 30-da mərkəzin böyük hissəsini ələ keçirib.

Noyabrın 30-da Xan Şeyxun bölgəsini ələ keçirərək bütün İdlibə nəzarəti ələ keçirən silahlı qruplar Həma əyalətində toqquşaraq irəliləyişlərini davam etdirirlər.

Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə bölücü terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı zamanı Tel-Rıfat rayon mərkəzi terrordan xilas edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image