Bu gün saat 23:00-dan etibarən Bakı Şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.
Vətəninfo.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Agentlik yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayış üçün təşəkkür edir.