image-arzuman_muradli-yeni_foto_-2backend

“Azərbaycan anti-terror əməliyyatı keçirməklə…” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınır. Bu da Cənubi Qafqazda sülhün əldə edilməsinə ermənilərin etdiyi xəyanətdir. Ermənilər sülh danışıqlarını uzatmaqla nəyəsə ümid edirlər. Hər dəfə danışıqlar ərəfəsində təxribatların törədilməsi də buna xidmət edir.” -bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, regionda sülhə təhdid məhz Ermənistandır.

“Hesab edirəm ki, Kişinyovda sülh sazişi imzalanmayacaq, bir neçə şifahi razılaşmanı əks etdirən ortaq bəyanatın qəbulu mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” dedikdən sonra ardını gətirməyə qorxdu və nəticədə yenə də təxribatların sayı artıb. Təxribatlar Qarabağın tamamının nəzarətə alınmasını aktuallaşdırıb. Prezident İlham Əliyevin Laçındakı çıxışında səsləndirdiyi tezislər buna xidmət edir. Qarabağda son mərhələmiz qalıb.Azərbaycan anti-terror əməliyyatı keçirməklə Qarabağdan erməni silahlılarını qovmalıdır. Sülh yalnız bu halda mümkün olacaq” -deyə politoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki