image-1backend

Azərbaycan Bolqarıstana qaz ixracını dayandırıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Bolqarıstanın “Bulgargaz EAD” qazpaylayıcı şirkəti məlumat yayıb:

“Texniki səbəblərə görə tədarükçülərdən biri olan “Bulgargaz” 2025-ci il yanvarın 7-dən təbii qazın tədarükünü dayandırıb. Azərbaycanla uzunmüddətli müqavilə çərçivəsində tədarükün müvəqqəti dayandırılması ilə bağlı müvafiq bildiriş yanvarın 6-da alınıb. Yanvarın 11-dən bərpa olunacaq”, – Bolqarıstan şirkətinin saytında deyilir.

“Bulgargaz” qeyd edir ki, fasilə əvəzedici təbii qazın alınması üçün əlavə xərclərə səbəb olmayıb və regionun təbii qaz bazarına təsir göstərməyib.

“Belə hallar bir daha nümayiş etdirir ki, təkcə rəqabətli şərtlərə və qiymətlərə nail olmaq üçün deyil, həm də texniki problemlər zamanı tədarükün etibarlılığını təmin etmək üçün mənbələrin və tədarük marşrutlarının şaxələndirilməsi zərurətidir”.

Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var. Halbuki Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl məlumat vermişdi ki, 2024-cü ildə Azərbaycan qazının Bolqarıstana tədarükü 1,5 milyard kubmetr səviyyəsində olacaq ki, bu da Bolqarıstanın istehlak etdiyi qazın təxminən yarısıdır. 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.

Qeyd edək ki, Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü – İtaliya, Yunanıstan və Bolqarıstanla müəyyən həcmdə uzunmüddətli, qalanları ilə isə dəqiq alış həcmi göstərilməyən müqavilələr imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image