image-imagesbackend

Azərbaycan Ermənistana bunu məcbur etdi… -VIDEO

image-reklam_sirab_01

“Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ermənilərin reallıqla barışmasıdır. Müharibədən keçən iki il ərzində erməni cəmiyyəti anlayırdı ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasalar Ermənistanın özü təhlükə altına düşür” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur.

“Ermənistan tərəfi anlayırdı ki, əgər 1918-ci ilin xərtitələri ilə tanınma getsə bu zaman Ermənistan adlı dövlətin varlığı yox ola bilər. Çünki bu günkü Ermənistan Azərbaycan torpaqlarında qurulub. Rəsmi İrəvan sülh danışıqlarından qaçmağa çalışdığı zamanda isə müzəffər Azərbaycan ordusu onları sülhə məcbur etdi.Rəsmi İrəvan anladı ki, artıq Beynəlxalq ictimaiyyət də onları dəstəkləmir. Həmçinin cənab prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində ermənilər masaya oturmağa məcbur oldular” -deyə millət vəkili bildirib.

Daha ətraflı linkdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki