image-reklam-veteninfo
image-1backend

Azərbaycan Fransaya nota verdi – İki diplomatı qovdu

image-reklam-veteninfo

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib

Bu barədə Vətəninfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki