image-reklam-veteninfo
image-1backend

AZƏRBAYCAN HANSI MƏHSULU HARADAN ALIR? – Və ya hansı məhsulları bir ölkədən alırıq? + CƏDVƏL

image-reklam-veteninfo

Azərbaycanın xarici ticarətdə tərəfdaşlıq etdiyi əsas ölkələr əsasən Rusiya, Çin, Türkiyə, ABŞ və Almaniya hesab olunur. Lakin açıqlanan son statistik məlumatlara nəzər saldıqda Azərbaycanın bəzi sahələrdə bir ölkədən son dərəcə yüksək dərəcədə asılı olduğu görünür.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın idxalının ümumi dəyəri 21 milyard 58 milyon ABŞ dolları olub. Təqdim olunan məlumatlarda ən yüksək göstərici digər bitki lifləri və kağız ipliyi üzrədir. 2024-cü ildə bu məhsullar üzrə idxalın 94,2 faizi Şri Lankanın payına düşüb. İdxalın ümumi dəyəri isə 5,6 milyon dollar olub. İkinci yüksək göstərici qalay və qalay məmulatları üzrə qeydə alınıb. Burada idxalın 88,7 faizi Rusiyanın payına düşüb. Lakin bu kateqoriyanın ümumi idxal dəyəri cəmi 48,3 min dollar olub. Saatlar və onların hissələri üzrə idxalın 87,7 faizi İsveçrənin payına düşüb və bu məhsullar üzrə idxalın dəyəri 16,5 milyon dollar təşkil edib. Gəmilər və üzən vasitələrdə isə Danimarkanın payı 85,2 faiz, idxalın ümumi dəyəri isə 32,3 milyon dollar olub.

İdxal asılılığının diqqət çəkən tərəflərindən biri onun gündəlik istehlak və kənd təsərrüfatı üçün vacib məhsulları da əhatə etməsidir.

Məsələn, dənli bitkilər üzrə idxalın 84,8 faizi Rusiyanın payına düşüb. Eyni istiqamətdə unüyütmə məhsulları və nişasta üzrə Rusiyanın payı 82,6 faiz, idxalın dəyəri isə 19,3 milyon dollar olub.

Azərbaycanın idxal asılılığının daha yüksək olduğu ölkələr bunlardır:

Məhsul İdxal dəyəri Əsas təchizatçı Ölkənin payı
Digər bitki lifləri və kağız ipliyi $5,6 mln Şri Lanka 94,2%
Qalay və qalay məmulatları $48,3 min Rusiya 88,7%
Saatlar və onların hissələri $16,5 mln İsveçrə 87,7%
Gəmilər və üzən vasitələr $32,3 mln Danimarka 85,2%
Dənli bitkilər $334,1 mln Rusiya 84,8%
Lələk, süni çiçək və insan saçından məmulatlar $1,7 mln Çin 83,8%
Unüyütmə məhsulları və nişasta $19,3 mln Rusiya 82,6%
Qara metallardan məmulatlar $22,8 mln Ukrayna 78,8%
Filizlər, şlak və kül $1,3 mln Rusiya 77,1%
Çətirlər və əsalar $1,0 mln Türkiyə 76,4%
Digər adi metallar və metal-keramika $2,0 mln Çin 76,3%
Dəmir yolu nəqliyyatı vasitələri $65,5 mln Rusiya 75,6%
Xam dəri və gön $329,3 min İran 74,7%
Gübrələr $66,5 mln Rusiya 74,2%
İpək $155,6 min Çin 73,9%
Oyuncaqlar, oyunlar və idman ləvazimatları $58,3 mln Çin 73,0%
Musiqi alətləri $692,7 min İndoneziya 69,5%
Dəri məmulatları və çantalar $42,2 mln Çin 68,8%
Mineral yanacaq, neft və neft məhsulları $1,8 mlrd Rusiya 64,8%
Şəkər və qənnadı məmulatları $237,1 mln Braziliya 62,8%
Qəhvə, çay və ədviyyatlar $92,2 mln Şri Lanka 62,1%
Ayaqqabı $132,4 mln Çin 60,5%
Pambıq $7,4 mln Türkiyə 60,4%
Baş geyimləri $7,7 mln Çin 59,7%
Yun və heyvan tükü $413,4 min Türkiyə 59,3%
Mebel və işıqlandırma avadanlığı $183,2 mln Türkiyə 57,6%
Kimyəvi saplar $14,9 mln İran 56,9%
Maşınlar və mexaniki avadanlıq $1,3 mlrd Çin 55,6%
Sabun, yuyucu və sürtkü vasitələri $152,9 mln Türkiyə 54,6%
Xalçalar və döşəmə örtükləri $25,3 mln Türkiyə 52,0%
Müxtəlif hazır məmulatlar $89,3 mln Türkiyə 47,3%
Ağac və ağac məmulatları $394,1 mln Rusiya 46,4%
Qara metallar $549,0 mln Rusiya 48,8%
Trikotaj geyim və geyim ləvazimatları $236,6 mln Çin 44,4%
Ət və yeyilən ət məhsulları $128,3 mln Ukrayna 44,5%
Tərəvəzlər və kökümeyvəlilər $82,7 mln İran 42,2%
Optik, tibbi və ölçü cihazları $47,5 mln Türkiyə 42,3%
Əczaçılıq məhsulları $456,3mln Türkiyə 21,7%
Avtomobillər və digər quru nəqliyyatı vasitələri $1,3 mlrd Almaniya 23,8%
Elektrik avadanlığı və elektronika $41,3 mln İspaniya 26,7%
Ətir, kosmetika və efir yağları $251,6 mln Fransa 19,2%

“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki