image-reklam-veteninfo
image-1backend

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı 

image-reklam-veteninfo
Vətəninfo.az xəbər verir ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İran yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. Sərhəd körpüsünün tikintisinin bu ilin noyabr ayınadək başa çatdırılması qərara alınıb.
Qeyd olunub ki, İran ərazisində yerləşən sərhəd terminalının da gələn ilə qədər istifadəyə verilməsi razılaşdırılıb. Bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki