image-a2337f3c-9430-4ce2-af74-c8b9c521d47bbackend

Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.

image-reklam_sirab_01

Azərbaycan Respublikasının siyasi-iqtisadi inkişaf kontekstində ordu quruculuğunun təkmilləşdirilməsi də hər zaman prioritet vəzifələrdən biri olub. Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəfləri reallaşdırmağa imkan verib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Azərbaycan ordusunun arsenalında ən müasir silahlar – PUA-lar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar yer alıb. Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu və peşəkarlığı mühüm amillərdəndir. Uzun illər ərzində Azərbaycan ordusunda döyüş qabiliyyətinin artırılması istiqamətində işlər aparılmış, şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır.
Ötən illər ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda, hətta dünyada ən güclü ordu sırasındadır. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün olmuşdur. Prezident İlham Əliyevin ötən 18 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış, bu göstəricilərə görə ölkəmiz dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdə qərarlaşmışdır.
2022-ci il üçün icmal büdcənin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, yenə də Azərbaycanın müdafiə və təhlükəsizlik istiqamətində böyük həcmdə vəsait sərf edəcəyinin göstəricisidir. Azərbaycan ötən il də müdafiə və təhlükəsizlik istiqamətində bu qədər vəsait sərf etmişdi. Amma nəzərə alınmalıdır ki, ötən il İkinci Qarabağ müharibəsi yaşanıb. Bu il müharibə yoxdur. Amma hərbi xərclər yenə yüksəkdir. Bunun əsas səbəbi Azərbayacan Ordusunun yenə maddi-texniki və digər təminatının yüksək səviyyədə olmasını təmin etməkdir.
2022-ci il üçün icmal büdcəsinin proqnozundan da bunu görmək olar. Bu proqnozda qeyd edilir ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək.
Qeyd edək ki, İsrail artıq Azərbaycana silah satışı yarışında Rusiyanı qabaqlayıb. Ötən il Azərbaycan İsraildən ən çox silah alan ölkələr arasında yerini qoruyub. Bu haqda İsrail KİV-ləri Stokholmdakı Sülh və Müharibə Araşdırmaları İnstitutunun (SIRRI) hesabatına istinad edirlər. Hesabata görə, İsrail Azərbaycana silah satmaq məsələsində Rusiyanı qabaqlayıb və son 5 ildə əsas silah təchizatçımızdır. Bu satışların həcmi 740 milyon dollar olub. Bu, 44 günlük müharibədə öz təsdiqini tapdı.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq isə iki ölkə arasında 2010-cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir. Sənəd “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə adlanır. 2020-ci il mayın 31-də isə Milli Məclis hərbi əməkdaşlığı daha da dərinləşdirən sənədi ratifikasiya edib. Söhbət “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişdən gedir. Saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.
Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.
Son 4 ildə dörd hərbi zavodun açılması reallaşıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb.
Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir.

Bakı Musiqi Akademiyası
Özləm Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki