Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasının növbəti mərhələsində Göyçənin Çəmbərək rayonu istiqamətində 12 mövqeyin təhvil veriləcəyi xəbərləri İrəvanda müzakirə edilir.
Vətəninfo.az xəbər verir ki, Ermənistan hakimiyyəti bu məlumatı təkzib edib.
Lakin Ermənistan mediası Qeqarkunik (Göyçə) istiqamətində ölçmə işlərinin aparıldığını yazır. Çəmbərək rayonunun Vahan kəndinin icma rəhbəri Arşak Mkrtçyan isə ölçmə işlərinin aparıldığını təsdiq etməyib.
“Nəsə baş versəydi, məlumatım olardı. Azərbaycan ordusu kənddən təxminən iki kilomtr uzaqdadır, heç bir irəliləyiş olmayıb” – o bildirib.
Qeyd edək ki, “Hraparak” nəşri demarkasiyanın növbəti mərhələsinin anklavlar (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu), Sotk (Söyüdlü), Vardenis (Basarkeçər) və Sünik (Zəngəzur) istiqamətində olacağını yazıb. Geqarkunikin (Göyçə mahalı) Çəmbərək rayonu istiqamətində 12 mövqeyin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar var.publika.az