image-reklam-veteninfo
image-img-20250514-wa0004backend

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə Turan Qastro Turizm Akademiyası (TQTA) arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

image-reklam-veteninfo

Caspian Agro InterFood Azərbaycan Fuarında bu gün Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə Turan Qastro Turizm Akademiyası (TQTA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Assosiasiya sədri Emin Dostiyari ilə Akademiyanın baş icraçı direktoru Doğan Tomris arasında imzalanan niyyət məktubu ilə üzvlərin sahə təlimləri mövzusunda dəstəklənməsi və xidmət sektorunda təhsilli kadrların inkişafı hədəflənir.

Emin Dostiyari memorandum çərçivəsində “Made in Azerbaijan” brendlərinin inkişafı üçün pilot tətbiq başladaraq üzvlərin franşiza verməsi üçün sistemin qurulacağını bildirib .

Doğan Tomris isə TİKA dəstəyi ilə qurulan akademiyaları vasitəsilə xidmət sektoruna dəstək olaraq aşpazlıq, ofisiant və turizm sektoruna yönəlik təlimlər təşkil edəcəklərini bildirdi.

Bu əməkdaşlıq çərçivəsində, Turan Qastro Turizm Akademiyası aşağıda qeyd olunan pulsuz təlim proqramlarını elan edir:
DÜNYA SƏVİYYƏLİ MÜTƏXƏSSISLƏRLƏ SUMQAYITDA İLK DƏFƏ: TQTA-nin PULSUZ TƏLIM PROQRAMLARI BAŞLAYIR
BEYNƏLXALQ SƏVİYYƏLİ MÜTƏXƏSSISLƏR
Təlimlər dünya çempionu şef Fırat Dursun və Sağlamlıq və Termal Turizm Dəstək Dərnəyi sədri, tanınmış turizm mütəxəssisi Ruslan Quliyev bəyin rəhbərliyi altında həyata keçiriləcək. Turizm sahəsində uzun illər təcrübəyə malik, TQTA-nın təsisçilərindən olan Ruslan Quliyev bəy, turizm və qonaqpərvərlik modullarına liderlik edəcək. Bu barədə saytımıza açıqlamasında
Ruslan Quliyev bu fikirləri bildirib: “Azərbaycanda turizm sektorunun inkişafı üçün ən vacib amillərdən biri professional kadrların hazırlanmasıdır. Xüsusilə termal turizm və sağlamlıq turizmi sahəsində böyük potensialımız var. Açıq qapı günlərimizlə gənclərə bu perspektivli sahədə karyera qurmaq üçün ilk addımı atmağa kömək etmək istəyirik. Beynəlxalq standartlarda təlim və təhsil verməklə, ölkəmizin turizm sektorunun rəqabət qabiliyyətini artırmağı hədəfləyirik.”

Şef Fırat Dursun isə bir çox beynəlxalq kulinariya yarışmalarının qalibi və qlobal miqyasda tanınmış bir qida innovatoru kimi Azərbaycan gənclərinə öz təcrübəsini bölüşəcək.

ÜÇ ƏSAS İSTİQAMƏT
1. AŞPAZLIQ PROQRAMI (19, 21, 23 May)
Professional mətbəx texnikaları
Beynəlxalq və yerli mətbəx sirləri
Yeni kulinariya tendensiyaları
2. BARİSTA PROQRAMI (20, 22 May)
Qəhvə hazırlama sənəti
Latte art və qəhvə təqdimatı
Müasir barista tendensiyaları
3. TUR OPERATORU VƏ MEHMANXANA QEYDİYYATÇISI PROQRAMI (26, 28, 30 May)
Müasir turizm və qonaqpərvərlik təcrübəsi
Rəqəmsal rezervasiya sistemləri
Müştəri xidmətinin yüksək standartları
Sağlamlıq və termal turizmi idarəetmə prinsipləri
PROQRAMLARIN ÜSTÜNLÜKLƏRI
Təlimlər TAM PULSUZ təşkil olunur
Hər iştirakçıya rəsmi sertifikat veriləcək
İşə yerləşdirmə üçün dəstək göstəriləcək
Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində təhsil imkanları təklif olunacaq
İŞTİRAK ŞƏRTLƏRI
Təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Hər bir sinif üçün yerlər məhduddur. İştirakçıların qeydiyyatı rəsmi formamız vasitəsilə həyata keçirilir: https://forms.gle/hzxaAGwCNyUNvieW9
ƏLAVƏ MƏLUMAT
Tarix: May ayı (19, 20, 21, 22, 23, 26, 28, 30 May)
Saat: 11:00-14:00
Məkan: TQTA Akademiya, Sumqayıt ş., Səməd Vurğun küçəsi 84, Turan Park restoran yanı
Əlavə məlumat üçün: +994 51 769 61 81 (WhatsApp)
TQTA Akademiya haqqında:
TQTA, TİKA-nın dəstəyi ilə qurulmuş, beynəlxalq standartlara uyğun qida, turizm və qonaqpərvərlik təhsili verən akademiya mərkəzidir. Akademiya On Sekiz Mart Universiteti (Türkiyə), Dövlət Məşğulluq Agentliyi və İngiltərənin CTH – Confederation of Tourism & Hospitality təşkilatı ilə əməkdaşlıq edir. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə imzalanan memorandum, qida və turizm sahəsində professional kadrların hazırlanması və yerli brendlərin inkişafı istiqamətində akademiyanın fəaliyyətini daha da genişləndirəcək.

Əlaqə: +994 51 769 61 81

image-img-20250514-wa0002


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki