image-reklam-veteninfo
image-mirzoyanbackend

Azərbaycan Qırmızı Xaç Cəmiyyətinə də Xankəndinə girişi məhdudlaşdırır – Mirzoyan

image-reklam-veteninfo

Veteninfo.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın  xarici işlər naziri ilə birlikdə Aleksandr Şallenberqlə keçirdiyi mətbuat konfransında yenə də regionda sülhün bərqərar olmasına maniələr yarada biləcək,rəsmi Bakını qıcıqlandıracaq açıqlamalar verib. Ararat Mirzoyan bildirb ki,Ermənistanın regionda sülh və sabitlik bərqərar etməyə hazır olmasına baxmayaraq, Azərbaycan əsirləri saxlamaqda, təcavüzkar hərəkətlər etməkdə, beynəlxalq təşkilatların nümayəndələrinin münaqişə zonasına daxil olmasına imkan verməməkdə davam edir.

“Azərbaycan Dağlıq Qarabağda hətta Beynəlxalq Qızıl Xaç Komitəsi üçün də işi məhdudlaşdırmağa çalışır”-deyən Ararat Mirzoyan əlavə edib ki, beynəlxalq ictimaiyyət tərəflərin razılığa gəlməsinə nə qədər dəstək olsa da, onların özlərində bu siyasi iradə olması zəruridir:

“Hesab edirəm ki, bütün dünya gördü ki, Ermənistan regionda sülh yaratmağa hazırdır . Bütün problemli məsələləri həll etmək üçün biz bunu bəyan etmişik və hökumətin proqramında da bu barədə yazmışıq. Ermənistan xalqı isə, əslində, səs verib. bu sülh üçün”.

Mirzoyan deyib ki,eyni zamanda, təəssüf ki, həmişə yox, əksinə – rəsmi Bakıdan tez-tez əks mesajlar eşidilir. Onun sözlərinə görə, Azərbaycan prezidentinin son açıqlamalarına nəzər salmaq kifayətdir.Antierməni və aqressiv ritorika, sərhəddə aqressiv addımlar, hərbi əsirlərin Azərbaycanda saxlanması konstruktiv ab-hava yaratmır:

“Bu, üçtərəfli sazişə (9 noyabr 2020-ci il tarixli – red.) əsasən nəzərdə tutulmasa da, Ermənistan tərəfi yeni ölümlərdə maraqlı olmadığı üçün minalanmış ərazilərin xəritələrini Azərbaycana verib”.

Mirzoyanın sözlərinə görə, Bakının destruktiv siyasəti beynəlxalq təşkilatlarla bağlı məsələdə də görünür. Nazir həmçinin qeyd edib ki, Bakı Azərbaycanın göstərdiyi çərçivədə hərəkət etməyə məcbur edir və tələb edir, hətta Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən də:

“Bu, son illərdə Dağlıq Qarabağda təmsil olunan və oraya çıxışı olan yeganə təşkilatdır. İndi Azərbaycan hətta bunu da məhdudlaşdırır”. Mirzoyan bildirib ki, Ermənistan regionda sülh və sabitliyə can atır, lakin burada Azərbaycandan da analoji yanaşma tələb olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki