image-guler-gulerbackend

Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir

image-reklam_sirab_01

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib.

Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.

Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur.
Azərbaycanda rabitənin geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə başlamışdır. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu.

Bundan sonra Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rabitəsinin inkişafında yeni bir mərhələ başlandı. Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyinin ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradıldı. Bu addım rabitənin gələcək inkişafı üçün, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından əlamətdar oldu. Bu istiqamətdə görülən bir çox işlər və mühüm addımların atılması rabitə və kommunikasiyanın cəmiyyətdəki rolunu və yerini möhkəmlətməyə nail oldu.

Ölkə rəhbərliyinin diqqəti və dəstəyi ilə bu sahədə çalışan rəhbər şəxs və nümayəndələr isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmağa və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməyə xidmət edirlər.
Bu gün rabitə sistemində işləyən hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün müvafiq xidmətlər göstərir.
Bu günün adından və əhəmiyyətindən istifadə edərək bu sahə üzrə, bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edir, Rabitə və yüksək texnologiya sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik.

Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image