Ruslar Azərbaycan sərnişin təyyarəsini zenit-raket kompleksindən istifadə edərək vurub.
Vətəninfo.az xəbər verir ki , bu iddia ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko çıxış edib.
“Azərbaycan aviaşirkətinin Bakıdan Qroznıya uçan “Embraer 190″ təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, – Kovalenko qeyd edib.
O, izah edib ki, Rusiya mümkün pilotsuz təyyarə hücumu zamanı Qroznının hava məkanını bağlamalı idi, lakin bunu etməyib. Nəticədə təyyarə vurulub.