“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22-24 aprel 2025-ci il tarixlərində Çin Xalq Respublikasına etdiyi dövlət səfəri, ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Özbəkistandakı Azərbaycan diasporunun təmsilçisi Mobil Məmmədov səsləndirib. O deyib ki, səfər çərçivəsində Azərbaycan və Çin arasında 20-dən çox sənəd imzalanmış, bu sənədlər hüquqi sahə, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyət və aerokosmik sənaye kimi müxtəlif sahələri əhatə edir:
“Özbəkistandakı Azərbaycan diasporu olaraq, bu səfəri yüksək qiymətləndiririk və ölkələrimiz arasında mədəni, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə hazırıq”.
Mobil Məmmədov qeyd edib ki, bu səfər, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır.