image-reklam-veteninfo
image-img_0571backend

Azərbaycan və Çin dövlət başçıları arasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusimüsahibəsi ölkə başçısının ÇXR-na səfəri ərəfəsində böyük maraqla qarşılanib.

Müxtəlif sahələ aid sualları cavablandıran Prezident İlham Əliyev öz müsahibəsində Azərbaycan–Çin arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Ölkə başçımız xarici siyasət prioritetlərinə toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqların olduğunu bildirib. Qeyd edib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.

Prezident İlham Əliyev Çin Xalq Respublikasınını Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq bildirib ki,  ÇXR-in Sədri Si Cinpinin dəvəti ilə 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildə isə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Sədr Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük məmnuniyyətlə xatırlayıb.  

Dövlətimizin başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.

Müsahibədə qeyd edilib ki, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunubdu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib.

Bununla yanaşı, iki dövlət başçıları razılığa gəliblər ki, gələcəkdə də əməkdaşlıq əlaqələri genişləndirilsin, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirilsin, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edilsin, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edilsin. Birlikdə bəyan edildi ki, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq edildi ki, iki dövlət bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşdırlar.

Ölkə  başçısının qeyd etdiyi kimi, Prezident İlhan Əliyev və ÇXR-in Sədri Si Cinpin Astanadakı görüşləri və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.

Vurğulanıb ki, dövlət başçıları tərəfindən iki dost ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririr və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu gün əminliklə demək olar ki, Azərbaycan və Çin arasında münasibətlər çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.

Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış edib və onlar geniş beynəlxalq dəstək alıb. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.

Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, Azərbaycan bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdi. Bu da öz növbəsində konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi. Ölkə başçısı müsahibəsində ötən ilki beynəlxalq tədbirdə fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə özminnətdarlığını bildirdi.

Siyasi şərhçi -Habil Məmmədov 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki