Məlumata görə, sənədə nazir müavini Elmin Məmmədovun CAAC-nin Baş direktorunun müavini Han Junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imza atılıb. Görüş zamanı iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər arasında hava əlaqəsinin inkişafı, təcrübə mübadiləsi məqsədilə nəzarət tədbirləri çərçivəsində aparılan yoxlamalarda birgə iştirak, təlimlərin təşkil edilməsi və mülki aviasiya infrastrukturunun inkişafında əməkdaşlığın vacibliyi vurğulanıb.
Bu, Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin bu il aprelin 23-də imzaladığı “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra dövlət qurumları arasında keçirilmiş ilk görüşdür.