image-reklam-veteninfo
image-img-20250523-wa0281backend

Azərbaycan və Özbəkistan: Strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq möhkəmlənməkdə davam edir

image-reklam-veteninfo

Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri olaraq bildirirəm ki, Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da möhkəmlənərək yeni sahələri əhatə edəcəkdir.

Xalqlarımızı əsrlərə dayanan ortaq tarix, mədəniyyət və mənəvi bağlar birləşdirir. Ortaq dəyərlər, dil və adət-ənənələr qardaşlıq münasibətlərinin əsasını təşkil edir. Son illərdə Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
2023-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında saziş bu istiqamətdə mühüm mərhələ oldu. Tərəflər iqtisadiyyat, mədəniyyət, təhsil və enerji sahələrini əhatə edən 20 istiqamət üzrə əməkdaşlığın inkişafı proqramını həyata keçirmək barədə razılığa gəliblər.
İkitərəfli iqtisadi əlaqələr də artan dinamika ilə inkişaf edir. 2023-cü ildə ticarət dövriyyəsi 232 milyon dollara çataraq son 5 ildə 3 dəfə artmışdır. 2024-cü ilin əvvəlindən bu göstərici daha 15% artmış və yaxın illərdə 1 milyard dollara çatdırılması hədəflənmişdir.
Mədəni-humanitar əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda Özbəkistan mədəniyyəti günlərinin keçirilməsi, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılması və Abdulla Qadirinin “Keçmiş günlər” romanının Azərbaycan dilinə tərcüməsi xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu gücləndirir.
Gənclər mübadiləsi də fəallaşır. Yaxın vaxtlarda birinci Özbəkistan-Azərbaycan Gənclər Forumu keçiriləcək ki, bu da birgə layihələr üçün geniş platforma yaradacaq.
Əminəm ki, ölkələrimizin rəhbərlərinin, ictimai təşkilatların və vətəndaşların dəstəyi ilə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı daha da dərinləşəcək, xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənəcək.

Mobil Məmmədov
Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin
İdarə Heyətinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki