image-reklam-veteninfo
image-1backend

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

image-reklam-veteninfo

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər qurumların birgə keçirdiyi kompleks tədbirlər nəticəsində son günlərdə ölkədən 34 xarici vətəndaş deportasiya edilib. Gürcüstan KİV-lərinin məlumatına görə, deportasiya olunanlar arasında Azərbaycan, Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları yer alıb.

Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, deportasiya edilən şəxslərə bir daha Gürcüstana daxil olmaq qadağan edilib.

Miqrasiya Departamenti, ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşları aşkar etmək və deportasiya etmək, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaq üzrə işini davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki