image-reklam-veteninfo
image-466148backend

Azərbaycanda bank rəhbərlərinin gəlirləri açıqlandı – SİYAHI, MƏBLƏĞLƏR

image-reklam-veteninfo

Azərbaycanda bank rəhbərlərinin illik maaş və bonuslarının məbləğləri məlum olub.

Vətəninfo.az FED.az-a istinadən xəbər verir ki, 2024-cü ildə ölkənin bütün bankları mənfəətlə işlədiklərinə görə, rəhbərliyi səxavətlə mükafatlandırıb.

Qeyd edək ki, bank rəhbərliyi dedikdə bankın idarəçi menecerləri – idarə heyətinin sədri və üzvləri, bəzi banklarda departament və idarə rəisləri də nəzərdə tutulur.

2024-cü ildə ən böyük məbləğdə ödənişlər ölkənin bank sektorunun liderlərində qeydə alınıb. 3 bankda rəhbərliyin maaş və bonuslarının məbləği 10 milyon manatı keçib.

4 bankda isə illik maaş və bonuslar 1 milyon manatdan da az olub.

Yalnız ötən il fəaliyytəsiz qalmış İran Milli Bankının Bakı filialı rəhbərliyə ayrıca ödəniş hesablamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki