image-reklam-veteninfo
image-1backend

Azərbaycanda doğulan bu uşaqlara şəhadətnamə verilməyəcək? -RƏSMİ

image-reklam-veteninfo

Məlum olduğu kimi, Azərbaycanda qohum evlilikləri qadağan edilib və belə nikahlar dövlət qeydiyyatına alınmır.

Lakin qohum evlilikləri ilə bağlı maraqlı iddia gündəmə gəlib. İddia görə, qohumlar arasında qeyri-rəsmi münasibətdən dünyaya gələn uşaqlara doğum haqqında şəhadətnamə verilməyəcək.

Referans.az xəbər verir ki,məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, yayılan iddialar həqiqəti əks etdirmir:

“Qeyd olunan iddialar əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’ nın 1.10-cu bəndinə əsasən doğumun qeydiyyatı məcburidir. Valideynlərin bioloji qohumluğu səbəbindən doğumun qeydiyyatından imtina oluna bilməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki