Ucar rayon sakini dəm qazından boğularaq ölüb.
Veteninfo.az-ın APA-ya istinadən xəbərinə görə, Ucar rayonunun Lək kənd sakini, 1997-ci il təvəllüdlü Aytac Ağahüseyn qızı Xəlilova Bakıda yaşadığı evin hamamında dəm qazından boğulub.
Aytac Xəlilova 10 gün əvvəl ailə həyatı qurub. Daha sonra həyat yoldaşı ilə birgə Bakıya köçüb.
Mərhum ötən gün doğulduğu kənddə dəfn olunub.