image-5555backend

“Azərbaycanda nüfuz agentləri kimi çıxış etməsi adi hal olub” – Yeganə Hacıyeva

image-reklam_sirab_01

“Son onilikdə Azərbaycan cəmiyyətində daha çox Qərbyönümlü kimi tanınan şəxslərin, qht və media təsisatların həssas günlərdə İranın Azərbaycanda nüfuz agentləri kimi çıxış etməsi adi hal olub.”Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq bildirib ki, intensiv şəkildə Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və Avropa fondlarından qrantlar alıb, İranın maraqlarına xidmət etmək adəti formalaşıb.

“İranın Gəncədə, Nardaranda təşkil etdiyi hadisələr zamanı təşkilatçı və iştirakçı kimi həbs olunanlar illərdir ölkədəki Qərb institutlarına bağlı, insan haqqları müdafiəçiləri şəbəkəsi tərəfindən müdafiə olunurlar.
Bəlli “QHT, KİV və hüquq müdafiəçiləri”ndən ibarət şəbəkə İran təxribatlarında yer almış şəxslərin müdafiəçisi qismində çıxış edirlər.
Qərbdə sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlər , QHT və KİV təmsilçilərinin əksəriyyəti, daxildə qərbyönümlü siyasi, qht və diğər simalarla birgə səfirliyə hücum terrorunu məişət zəmnində cinayət kimi təqdim edən təbliğatla səfərbər olunmuşdular.
Yanvar ayında səfirliyimizə terror hücumunu məişət zəmində hücum kimi təbliğat aparanlar indi də ABŞ da bir dissident tv-nın rəhbərinə hücumu məişət zəmnində oğlunun döyməsi kimi təbliğat aparırlar.
Bu təbliğatın önündə də İrandan Qərbə sığnmış, illərdir İrandakı Azərbaycanlıların lideri kimi qələmə verilən biri gedir.
Bu qədər sadə…” -deyə Yeganə Hacıyeva bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki