image-reklam-veteninfo
image-1backend

Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi NƏQLİYYAT VASİTƏLƏRİ

image-reklam-veteninfo

Bu ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstəriblər.

Vətəninfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Bildirilib ki, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 416,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,3 faiz azalaraq 52,8 milyon nəfər olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki