image-2backend

Azərbaycanın geosiyasi dəyişikliyə səbəb olan təşəbbüskarlığı

image-reklam_sirab_01

Prezidenti İlham Əliyev: “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır”
Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilib. Prezident İlham Əliyevin sentyabrın 4-6-da İtaliya səfəri zamanı keçirdiyi görüşlərdə səslənən fikirlər, İtaliya rəsmilərinin ölkəmizlə bağlı mövqeləri bunu bir daha əyani nümayiş etdirir. İtaliya Respublikası artıq Azərbaycanı özünə etibarlı tərəfdaş dövlət bilir. Ümumiyyətlə, nəinki İtaliyada, bu gün Azərbaycan dünyada ən etibarlı tərəfdaş dövlət olaraq tanınır. Bunu artıq dünya liderləri öz çıxışlarında xüsusi olaraq qeyd edirlər. Məhz bunun nəticəsidir ki, Avropa ölkələri Azərbaycanla uzunmüddətli enerji layihələrinin icrasında iştirak edirlər. Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bu haqda da danışıb: “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.
Yeri gəlmişkən, dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Çernobbio Forumundakı çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb. “Reuters”, “Bloomberg”, “Financial Post”, “The Straits Time”, RAI, “World Energy News”, “Aol”, “WTVB”, “XM”, “US News”, “WTAQ”, “Ukrinform”, “Eurasia Review”, Anadolu Agentliyi, “TRT”, “TASS”, “RİA Novosti kimi nüvuzlu KİV-lərdə dövlətimizin başçısının enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu bildirdiyi qeyd edilir. Materiallarda Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var. Xəbərlərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda daimi sülhün təmini, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında yeni hadisələr kimi altbaşlıqlardan istifadə edilib.
Azərbaycanın öz gücünə ərazi bütövlyünü bərpa etməsi də dünyada nüfuzunun artmasında mühüm rol oynayıb. Artıq Cənubi Qafqaza münaqişə zonası olaraq baxılmır. Məhz Azərbaycan bu regiona sülh gətirdi. Buna görə də Azərnbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqda davam edir. Bu baxımdan dövlətimizin başçısı çıxışında çox böyük fəxrlə 44 günlük Vətən müharibəsi zamanı əldə edilən uğurlara da toxunub: “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”. Azərbaycan bununla dünyaya bir əzmkarlıq, nümunəsi oldu. Məhz bundan sonra bir sıra xalqlar öz torpaqları, azadlıqları uğurunda mübarizə istiqmətində daha da fəallaşdılar. Hətta Azərbaycan dövləti onlara dəstək belə, verdi. Ölkəmizin başçısı İtaliyada bir daha dünyaya səslənərək Azərbaycanın öz topapaqlarını işğaldan azad etməsini bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunə olduğunu vurğulayıb: “Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür – Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, – halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, – özü belə düzgün istiqamətdə atılan addımdır”. Bu gün sülh danışıqlarının başlanmasına dair bütün təşəbbüskarlıq Azərbaycandan edilir. Sülh sazişinin imzalanması nəinki region, dünya üçün önəmlidir. Bu da ümumi baxımdan yeni bir geosiyasi dəyişikliyə səbəb olacaq.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki