image-1backend

Azərbaycanın iqlim dəyişikliyi probleminin həllinə böyük töhfəsi

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”

İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənzilərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir. Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçirilir. Noyabrın 11-dən Bakıda start götürən COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edilir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. Yeri gəlmişkən, Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş də çıxış edərək cənab Prezident İlham Əliyevə, COP sədri Muxtar Babayevə və eyni zamanda, Azərbaycan Hökumətinə qonaqpərvərliyə görə təşəkkürünü bildiririb: “Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər. Həqiqətən də sizin səyiniz nəticəsində uğurlu bir COP-a imza atacağıq. Hər kəsə bu COP-da ehtiyacımız vardır. Həqiqətən bir saata bənzəyən və bir toplam olaraq biz qlobal temperaturların 2,5-ə çatdırılmasına yaxınlaşırıq və vaxt bizim tərəfimizdə deyil. Bu, 2024-cü ilin əlavəsi və ən yüksək temperatur olaraq ən isti il olacaqdır, rekordları qıracaqdır”.

Xatırladaq ki, COP29 elə başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.

Ekspertlər hesab edirlər ki, bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Həmçinin Bakı COP 29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.

Bu gün COP29-ın Azərbaycanda keirilməsini qəbul etməyən, bundan qıcıqlanan Qərb dövlətlər var. Xüsusən, COP29 beynəlxaq tədbiri ilə bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası aparırdılar. Cənab Prezident bu məsələyə də toxunaraq bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi: “Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar”. Qərb dövlətləri Azərbaycanı gözdən salmaq üçün maksimum yalanlar uydururlar. Hansı ki, bunları da Azərbaycan qəbul etmir və etinasız yanaşır.

Qeyd edək ki, COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda müxtəlif QHT-lər tədbirlər keçirilər. Bu tədbirlərdə ekoloji problemlərin həllində QHT-lərin vacib rolu geniş auditoriyaya çatdırılır. Həmçinin şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığının əhəmiyyəti önə çəkilir.

Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsi Azərbaycanın strateji fəaliyyət istiqamətlərindən hesab olunur. Dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olaraq, beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və normativ hüquqi bazanın təkmilləşdirilməsi əhəmiyyət kəsb edir. Dövlətimiz ərazi bütövlüyünün danışıqlar yolu ilə təmin edilməsi üçün 30 ilə yaxın mücadilə etmişdir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməsinə görə bu danışıqlar nəticəsiz qalmışdır. Bununla yanaşı, dövlətimiz regionda yaradılmış qondarma rejimin məhv olması üçün terrorizm və ekstremizmə qarşı mübarizə istiqamətində fəaliyyətlərini gücləndirmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu işğal altından olan torpaqlarımızı azad etmişdir. Ali Baş Komandan çıxşında deyib ki, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”. Qarabağ münaqişəsinin həlli və regionda sülhün bərpa olunması, Azərbaycanın xarici siyasətinin ən önəmli məsələlərindən biridir. Beləliklə ərazi bütövlüyümüzün təmin etməyə yönəlmiş addımlar öz nəticəsini vermişdir. Bunun üçün ölkəmizin milli müdafiə və təhlükəsizlik sistemi qurulmuşdur. Azərbaycanın güclü müdafiə qabiliyyəti, strateji müttəfiqliklər və beynəlxalq təhlükəsizlik strukturlarında iştirak etməyi bu gün də davam etdirir. Bu məqsədlə, həmçinin, hərbi sənayenin inkişafına da diqqət yetirilir. Dövlət, daxili və xarici təhlükələrə qarşı mübarizəni intensivləşdirir, regional və beynəlxalq əməkdaşlıq çərçivəsində təhlükəsizliyin təmin olunmasına çalışır.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image