image-reklam-veteninfo
image-1backend

Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib

image-reklam-veteninfo

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

Vətəninfo.az  “Report”a istinadən xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, dövlət qulluqçusu FHN-in Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki