image-1backend

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artacaq

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir…”
Azərbaycan və Bolqarıstan ikitərəfli münasibətlərini möhkəmləndirir. İki ölkə arasında dostluq münasibətləri mövcudur və fəal siyasi dialoq yüksələn xətlə inkişaf edir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanla Bolqarıstanın siyasi əlaqələrinin yüksək səviyyədə olmasını qarşılıqlı səfərlər sübut edir. Artıq bütün strukturlar, nazirliklər bir-biri ilə səmərəli əlaqələr yaradaraq fəal iş aparırlar. Bütün bunlar da iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də Bakıya səfəri Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Görüşlərdə Prezident İlham Əliyev hazırda Bolqarıstan və Azərbaycanın enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışdığını deyib. Öz növbəsində Bolqarıstan Prezidenti Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkəmizlə birlikdə işləyə biləcəyinə görə çox məmnun olduğunu bildirib.
Bolqarıstan ilə Azərbaycan arasında ernerji sahəsində əməkdaşlıq çox uğurlu təcrübədir. Bu əməkdaşlıq hər iki ölkənin maraqlarını təmin edir və həmçinin regional əməkdaşlığa böyük töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə keçirdiyi görüşlər və verilən bəyanatlardan da göründüyü kimi, iki ölkə arasında münasibətlər çox möhkəm təməl üzərində qurulub. “Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq”,-deyə dövlətimizin başçısı 8 may tarixində həmkarı Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında deyib. İki dövlətin iqtisadi sahədə böyük potensialı var. Perspektivdə birgə müəssisələrin yaradılması var. Birgə iqtisadi fəaliyyət əlaqələri daha da gücləndirəcək. Azərbaycan öz enerji potensialını ildən-ilə daha da güclü şəkildə reallaşdırır. Bunun üçün Avropa bazarı Azərbaycana daha əlverişlidir. Çox müsbət haldır ki, istehlakçı olaraq Avropa ölkələri Azərbaycandan qaz alışına maraq göstərirlər.
Enerji mənbələri və nəql marşrutları da şaxələndirilir. Cənub Qaz Dəhlizi lalihəsi vasitəsi ilə Azərbaycan Avropanın enerji bazarına birbaşa çıxış əldə edib. Azərbaycan bu gün mayeləşdirilmiş təbii qazla Avropa bazarına çıxıb. Azərbaycan Avropa İttifaqı ölkələrinin bir çox ilə qaz tədarükü sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Və artıq Azərbaycan qazı Avropaya nəql olunur. Avropaya qaz tədarükü şaxələndirir. Bolqarıstan da hələ 2009-cu ilin noyabrından Azərbaycan maye qazını almaq arzusunu ifadə etmişdir. Hazırda Azərbaycandan Bolqarıstana və bu ölkə vasitəsilə Avropaya sıxılmış qaz tədarük olunur.
Artıq Azərbaycan tərəfindən neft-qaz layihələrinin icrasına başlanılıb və uğurla həyata keçirilir. Azərbaycan həyata keçirdiyi layhələr artıq regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bolqarıstan Azərbaycanla nəqliyyat sahəsində də əlaqələrin dərinləşməsində maraqlıdır. Bu istiqaməttdə də əməkdaşlığın gücləndirilməsini Bolqarıstan Prezidenti Rumen Radevin Bakıdakı çıxışlarında bir neçə dəfə ifadə edib. Öz növbəsində Prezident İlham Əliyev qeyd edib ki, nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətidir: “Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.
Bolqarıstan Prezindetinin səfəri tərəfdaşlıq üçün yaxşı imkanlar yaradır və hər iki ölkənin potensialından tam istifadə etməklə bu əlaqələr daha mənalı və səmərəli olacaq, qarşılıqlı ticarət və investisiyaların həcmini artıracaq.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.İki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Mayın 8-də də Prezidentlərin iştirakı ilə iki ölkə arasında müvafiq sazişlər hazırlandı. İmzalanan sənədlərə əsasən ikitərəfli əlaqələr daha güclənəcək və Bolqarıstan nümayəndələrinin səfər proqramı genişlənəcək.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki