image-1backend

“Azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldım” – Abdullah Əl-Abadi

image-reklam_sirab_01

“COP29 iqlim konfransında iştirak üçün Bakıya gələndə heç kimi tanımırdıq. Elə ilk andaca Bakı bizi qonaqpərvərliklə qarşıladı”- bunu İordaniya mediasına  açıqlamasında İordaniyadan COP 29 Azərbaycana gələn Abdullah Əl-Abadi bildirib.

image-2

image-2

“Bu möhtəşəm bir tədbir idi. Azərbaycan bu tədbirə xüsusi hazırlaşmışdı. Qonaqlar üçün bütün şərait yaradılmışdı.  İştirakçılar pulsuz nəqliyyatla təmin edilmişdi. Bu tədbirdə ölkəmizi mənimlə yanaşı həyat yoldaşım Dua Əl-Durbani də təmsil edirdi. Bakıya səfərimiz zamanı dəyərli dostlar qazandıq. Azərbaycan mediasının bizə dəstəyini xüsusilə qeyd etmək istəyirəm. Təsadüfi tanışlıqlar böyük dostluğun təməlini qoyur. Biz Bakıya səfərimiz zamanı Ramil Əliyev və Bəhruz Məmmədzadə ilə tanış olduq. Bu tanışlıq böyük dostluğun təməlini qoydu. Bizə etdikləri yaxşılıqları heç zaman unutmarıq. Bütün azərbaycanlılar çox qonaqpərvər insanlardır. Azərbaycan sözün hər mənasında cənnəti xatırladır. Şəhər təmiz və gözəldir. Bakı öz gözəlliyi ilə hər kəsi heyran etdi. Azərbaycan mətbəxi isə sadəcə möhtəşəm idi. Bakı bizi necə valeh edibsə, yenidən bu gözəl şəhəri, bizə dəyər verən dostları görmək istəyirik.” -deyə  Abdullah Əl-Abadi  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki