image-azercell-loqo-600x400-7backend

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir

image-reklam_sirab_01

 

Lider mobil operator  cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb

5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir.

Cari ilin birinci yarısının nəticələrinə əsasən Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib.  Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama  ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə  çox yüksək göstəricidir.

Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın  müraciəti isə Azercell-in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.

Eyni zamanda,  sözügedən dövr ərzində Azercell-in Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.

Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və  xidmətlərə qoşulma ilə bağlı olub.

Xatırladaq ki, Azercell müştərilərə göstərilən xidmət səviyyəsi və  müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki