image-img-20221205-wa0019backend

“Azərlotereya” ASC-nin yeni ofisi fəaliyyətə başladı

image-reklam_sirab_01

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin yeni ofisi fəaliyyətə başlayıb. Şirkətin yeni ofisi Neftçilər prospekti 153-də – “Port Baku Tower South” binasının 5-ci mərtəbəsində yerləşir.
Ofis dəyişikliyi “Azərlotereya”nın strateji hədəflərini reallaşdırması və əməkdaşlarının əmək şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
3 000 manatdan yuxarı uduşlu biletlərin qəbul ünvanı da dəyişib. Belə ki, uduşlu biletlər artıq yeni ünvanda – “Azərpoçt”un Bakı şəhəri, Əcəmi Naxçıvani küçəsi 22-də yerləşən AZ1124 indeksli poçt şöbəsində qəbul olunacaq.
Qeyd edək ki, daim yenilənən oyunları ilə şans oyunu həvəskarlarını sevindirən “Azərlotereya”nın “Poz-Qazan” biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Hər gün keçirilən tirajlı lotereya oyunlarında isə 1 000 000 manatadək uduş qazanmaq şansı var. Lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, market və metrolardakı satış nöqtələri, eləcə də “Azərpoçt” şöbələrindən əldə edə bilərsiniz.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki