image-1backend

“Azərsu”nun bizə verdiyi bir fincan “zəhər” -Çirkli su bizə necə sırınır?

image-reklam_sirab_01

Mütamadi olaraq “Azərsu” ASC  Tarif Şurasına suyun qiymətinin qaldırılması ilə bağlı müraciət edirdi. Sözsüz ki, bu müraciətlərin arxasında milyonlarla dövlət vəsaitinin talanması gizlənirdi. Özünü təmizə çıxarmağa çalışan bu səhmdar Cəmiyyət daima bütün günahların su istifadəçilərində olduğun sübut etməyə çalışırdı. Davamlı müraciətlərdən sonra Tarif Şurası 2021-ci ildə suyun qiymətini gfantastik dərəcədə artırdı. Hələ o zaman Tarif Şurasının iclasında “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olundu.

Hələ o zaman qurumun sözçüsü Anar Cəbrayıllı yerli mediaya bildirirdi ki, Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, bu, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb.

“Azərsu” ASC sözçüsü o zaman bildirmişdi ki, bu artım suyun kefiyyətinin və davamlı verilişində mühüm rol oynayacaq. Amma keçən 3 il ərzində görülən işlər göstərdi ki, bu sadəcə vəddir.

Çünki su istifadəçiləri anlayırdılar ki, bu sadəcə “Azərsu” ASC-nin rəhbər şəxslərinin cibini doldurması üçün verilən qərardır. Çünki bu quruma rəhbərlik edən şəxslərin adı daima korrupsiya əməllərində hallanıb. Bu quruma rəhbərlik edən şəxslər öz işləri ilə deyil, bahalı vilları, bağları avtomobilləri ilə gündəmə gəliblər. İstər Oqtay Əsədovun dövründə, istərsə Qorxmaz Hüseynovun rəhbərlik etdiyi dövrdə bu qurumda aparılan tenderlər qeyri şəffaf aparılıb. Məhz bunun nəticəsidir ki, bu gün heç kim evlərə “Azərsu” ASC-nin verdiyi sudan içmək üçün istifadə etmir. Çünki suyun kefiyyəti olduqca cod və lillidir. “Azərsu” ASC-ni suyun təmizləndiini iddia etsə də, suyun kefiyyəti heç bir standartlara cavab vermir. Bütün bunları səbəbi isə sözsüz korrupsiya  amillərinin olmasıdır. Diqqəti çəkən məqam isə “Azərsu” ASC bütün tenderlərinin bir şirkət tərəfindən udulmasıdır. Kiçik bir araşdırma bu şirkətlərin hansı “Azərsu” ASC-nin rəhbər şəxsinə yaxın olmasını ortaya qoyacaq.

Növbəti yazımızda “Azərsu” ASC-nin tenderlərində qalib olan şirkətin adını açıqlayacayıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki