image-3backend

“Aztelekom”un rəhbəri dəyişib

image-reklam_sirab_01

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır.

“Aztelekom” MMC-dən  Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir.

Məlumata görə, “Aztelekom”un “Onlayn Azərbaycan” layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Şirkətin Baş direktoru vəzifəsini icra edən T. Pirverdiyevin idarəçiliyi altında layihənin əsas mərhələləri planlaşdırılan vaxtdan əvvəl tamamlanıb təhvil verilib.

Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, “Aztelekom”un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki