image-1backend

Azyaşlı uşaq traktoru uşaqlara çırpdı: 2 ölü, 2 yaralı

image-reklam_sirab_01

Malatyanın Akçadağ rayonunda azyaşlı uşağın idarə edərkən idarəetməni itirdiyi traktor oynayan uşaqlara çırpılıb. Qəzada bacı-qardaş ölüb, iki uşaq isə yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Yaralı uşaqlar Akçadağ Dövlət Xəstəxanasına və Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Akçadağ Dövlət Xəstəxanasına çatdırılan Zelal Yıldırım və Malatya Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən bacısı Ada Yıldırımı həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Traktor sürən uşaq jandarm nəzarətinə alınıb.

Qəza ilə əlaqədar istintaq başladılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki