image-reklam-veteninfo
image-1backend

Bağdad geri addım atdı:  Hizbullah və  “Ənsar Allah” terror siyahısında olmayacaq

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu gün İraq Mərkəzi Bankı Hizbullah və “Ənsar Allah” (husilər) hərəkatının terror təşkilatları siyahısına daxil edilməsinin “texniki səhv” nəticəsində baş verdiyini açıqlayıb. Qurum aktivlərin dondurulması qərarının yalnız Əl-Qaidə və İŞİD kimi təşkilatlara şamil edilməli olduğunu bildirib.

İraq xəbər agentliyi INA-nın rəsmi məlumatına görə, siyahıda husilər və Hizbullaha edilən istinadlar silinəcək. Mərkəzi Banka bağlı komitə tərəfindən mübahisəli siyahının dərcindən sonra yaranan geniş ictimai narazılıq fonunda qərar qısa müddətdə geri götürülüb.

Bankın bəyanatında vurğulanır ki, qeyd olunan təşkilatların adları siyahıya “ehtiyatsızlıq ucbatından” daxil edilib və bu, İraq hökumətinin rəsmi mövqeyini əks etdirmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki