image-4444backend

Bakı ilə Tehran arasındakı problemləri nazirlər  müzakirə ediblər

image-reklam_sirab_01

Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramov və Hüseyn Əmir Abdollahyan arasında telefon danışığı olub. Vətəninfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Xarici işlər nazirləri Azərbaycan ilə İran arasında münasibətlərin hazırkı vəziyyətini, bəzi mövcud problemləri və onların həllini müzakirə ediblər.

Nazirlər iki ölkənin müvafiq strukturları arasında danışıqların və təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Telefon danışığı zamanı bir sıra regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki