image-1backend

Bakı metrosunda nə baş verir? – RƏSMİ AÇIQLAMA

image-reklam_sirab_01

Bakı metrosunun işində problem hələ də davam edir. Hazırda metronun “İnşaatçılar” stansiyasında qatarın 7 dəqiqədən artıq müddətdir ki, hərəkət etmədiyi bildirilib.

Vətəninfo.az xəbər verir ki, məsələ ilə bağlı QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

O bildirib ki, gecikməyə 2 əsas səbəb var:

“İnterval pozulanda, depodan çıxan qatar “Nərimanov”dan “Dərnəgül”ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda, hənin sahədə interval normal olur. Bu səbəbdən arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır. Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, 1 və ya 2 dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir (təxminən svetoforun qırmızı işığı kimi). İkinci səbəb artıq 1 qatar xətdən çıxdısa, sıxlıq artır və ənənəvi stansiyalarda 20-30 saniyə əlavə dayanırsa, digərlərində də üzərinə, 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma yaranır. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz. Yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra deyə bilərəm. Əsas səbəb, istənilən halda, metroda yaranmış problemdir”.

XXX

Metronun “Azadlıq prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Vətəninfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib.

Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image